"Qəbələ"də "yarpaq tökümü" sürətlə dabam edir. Belə ki, dünən klub daha iki futbolçunun ayrılığını rəsmən təsdiqlədi ki, bunlar da Rövlan Muradovla Felipe Santos idi. Rövlan artıq özünə yeni klub da tapıb və "Sumqayıt"la müqavilə imzalayıb.

Rekord.az-a açıqlama verən "Qəbələ"nin baş meneceri Nail Kərimov "yarpaq tökümü"nün birbaşa maliyyə ilə bağlı olduğunu etiraf edib: "Bəzi futbolçuların gedişi təbii ki, pulla bağlıdır, daha yaxşı təkliflər aldılar, hansı ki, bizim təklif etdiyimizdən xeyli yaxşı təklif və getdilər. Bu da normaldı, çünki yaxşı mövsüm keçiriblər və mövsüm sonu bu cür təkliflər almaları da başadüşüləndi".

Klub rəsmisi gedən futbolçuların yerini doldurmaq üçün axtarışd olduqlarını bildirdi: "Axtarırıq, baxırıq, istər yerli, istər legioner seçimində səhv etməməyə çalışırıq. Bu mənada bəzən seçimlərimiz gec olur".