"Qəbələ" AFFA-nın qadınlardan ibarət komanda yaratmaq təklifinə müsbət reaksiya verib.

Rekord.az xəbər verir ki, Qəbələ təmsilçisindən fərqli olaraq, "Zirə" klubu bu təklifdən imtina edib.

Zirəlilər qadınlardan ibarət komanda yaratmaq haqda düşünmədiklərini bildiriblər.

Qeyd edək ki, federasiya qadın komandası yaradacaq klublara əlavə 100 min manat yardım ayıracaq.