
“Qəbələ” onlarla rəsmən vidalaşdı
- 24 İyn 2023 13:20
- 377
"Qəbələ” müqaviləsi sona çatan 2 futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə yollarını ayırdığını rəsmən açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.
“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.