"Qəbələ" mövsümün sonuna müqaviləsi başa çatan əksər futbolçuları saxlamağı düşünür.

Rekord.az xəbər verir ki, belə futbolçulardan biri də Ramon Maçadodur.

Əldə etdiyimiz məlumata görə, Elmar Baxşıyevin də razı qaldığı futbolçuya yeni müqavilə təklif olunacaq. Təbii ki, qərar vermək futbolçunun özündən asılı olacaq.

Qeyd edək ki, Maçado ötən yay "Qəbələ" ilə 1 illik müqavilə bağlamışdı.