1-ci Liqada 24-cü tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“İmişli” “Qaradağ Lökbatan”ı, “Zaqatala” MOİK-i, “Karvan” isə lider “Qəbələ”ni məğlub yola salıb.

1-ci Liqa
24-cü tur

2 may

“İmişli” – “Qaradağ Lökbatan” 3:1
Qollar: İdris İnqilablı, 56. Oluvasen Timilehin, 65. Seyxan Fərəcov, 90+1 - Nurlan Novruzov, 75.

“Zaqatala” – MOİK 1:0
Qol: Roini İsmayılov, 57.

“Karvan” – “Qəbələ” 2:0
Qollar: Emil Qasımov, 62. Ezekiel Morqan, 80.

Turun digər oyunları:
“Cəbrayıl” – “Baku Sportinq” 2:1
“Difai” – “Mingəçevir” 1:4