
"Qəbələ" heç kimi göndərməyəcək
- 29 Dek 2022 15:00
- 507
"Qəbələ" hazırkı heyətin bütün futbolçularını saxlayacaq.
Rekord.az xəbər verir ki, maliyyə cəhətdən sıxıntı olduğundan yeni transferlərlə bağlı suallar yaranıb.
Olsa belə, maksimum 2-3 futbolçu ola bilər. Belə olan halda onsuz da kasad olan heyətdən kimisə göndərmək qışdan sonra kluba daha ciddi problem yarada bilər. Buna görə də rəhbərlik və məşqçilər korpusu qış fasiləsində heç kimi göndərməməklə bağlı qərar qəbul edib.