
"Qəbələ" fan-şopunu bağlayıb? FOTO
- 16 Noy 2022 13:00
- 480
Bu yaxınlarda Qəbələdə olan zaman maraqlı hadisə ilə rastlaşdıq.
Rekord.az xəbər verir, stadionun ərazisində yerləşən klubun rəsmi fan şopu fəaliyyət göstərmirdi.
Şüşəli məkan tam boşaldılmış, qapısına isə qıfıl vurulmuşdu. Məsələ ilə bağlı mövqeyini öyrəndiyimiz klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev sözügedən fan-şopun fəaliyyət göstərmədiyi fikrini təsdiqlədi: “Stadiondakı fan-şopu bağladıq. Lakin buna mağazanın bağlanması da demək olmaz. Çünki həmin mağazanı rayonun mərkəzində yerləşən başqa məkana köçürmüşük. Yəni fan-şopumuz hazırda mərkəzdə öz fəaliyyətini davam etdirir. Düşünürük ki, satış stadiondansa, rayon mərkəzində daha effektli olar”.