
"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yenilədi
- 14 İyn 2023 23:15
- 393
"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, Ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də “qırmızı-qara” formanı geyinəcək.
Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb.
İsgəndərov əyalət təmsilçisinin heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana isə “qırmızı-qara” forma ilə 15 matça çıxıb.
Xatırladaq ki, "Qəbələ" bunadək dörd futbolçusu - İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev və Emil Səfərovla müqavilənin müddətini uzadıb.