"Qəbələ" klubla müqaviləsi mövsümün sonunda bitəcək futbolçularla bağlı qərarı yayda verəcək.

Rekord.az xəbər verir ki, rəhbərlik bəzi futbolçularla indidən yeni müqavilə bağlamaq istəsə də büdcənin stabil olmaması onları tərəddüt içində qoyur.

Yayda yeni mövsümlə bağlı büdcə təsdiq olunduqdan və AFFA-dan gələcək vəsaitin dəqiq məbləği bildindikdən sonra bu haqda qəti qərar veriləcək.