Maddi baxımdan ciddi problemlə üzləşən və aparıcı futbolçularını saxlamaqda çətinlik çəkən "Qəbələ" yerli futbolçuları saxlamağa çalışır.

Rekord.az xəbər verir ki, daha öncə İlkin Qırtımov, Ürfan Abbasov və Murat Musayevlə yeni müqavilə bağlayan bölgə təmsilçisi Rüfət Əhmədovu da heyətdə saxlamağa qərar verib.

Uzun müddətdir zədədən əziyyət çəkən gənc futbolçu ilə müqavilənin müddəti uzadılıb.