Qazax Olimpiya İdman Kompleksinin güləş zalında sərbəst güləş üzrə nümunəvi çıxışlar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov və Qazax UGİM-nin məşqçi müəllimi, əməkdar məşqçi Fazil İsmayılov çıxış edərək ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından güləşçilərimizin dünya, avropa olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıblar.

Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda güləş idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir. Daha sonra tədbir iştirakçıları idmançıların nümunəvi çıxışlarına baxıblar.