Qazax rayon Məhəmmədəli adına güləş zalında “İdman hamı üçün” layihəsi çərçivəsində ''Güləş hamı üçün'' idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov və əməkdar idman xadimi məşqçi Ramiz Tağıyev iştirak ediblər.

Tədbirdə Anar ibrahimov çıxış edərək ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından, güləşçilərmizin avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıb.Qeyd olunub ki, bu kimi tədbirlərin keçirməkdə əsas məqsəd yeniyetmə və gəncləri idmana cəlb etmək, rayonda güləş idman növünü inkişaf etdirmək, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkil etməkdir.

Daha sonra tədbir iştirakçıları idmançıların nümunəvi çıxışlarına baxıblar.