Qazaxda daha bir idman tədbiri baş tutub
- 16 Dek 2023 11:45
- 425
Qazax Olimpiya İdman Kompleksində Qazax-Tovuz Regional Gənclər və İdarəsi tərəfindən idman hamı üçün layihəsi çərçivəsində stolüstü tennis üzrə nümunəvi çıxışlar keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin idman sektorunun baş məsləhətçisi, əməkdar məşqçi Anar İbrahimov iştirak edibdir.
Tədbirin keçirilməsində məqsəd yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili,zərərli vərdişlərdən uzaqlaşdırmaq və sağlam həyat tərzinin təbliğ olunmasıdır.Daha sonra yeniyetmə və gənclərin nümunəvi çıxışlarına baxılıbdır.