Qaxda boulinq üzrə rayon turniri keçirilib
- 08:00
- 34
Qax rayonunda 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Gününə həsr olunmuş dövlət qulluqçuları arasında boulinq üzrə rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, turnir 23 iyun 2026-cı il tarixində Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru və Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının birgə təşkilatçılığı ilə "El Resort Hotel"in boulinq zalında təşkil olunub.
Turnirin açılış mərasimində Qax rayonu üzrə gənclər və idman sektorunun müdiri Elvin Həsilov və Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev çıxış edərək yarış iştirakçılarını salamlamış, dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, dövlət qulluğunun cəmiyyətin inkişafındakı mühüm rolundan bəhs etmiş, sağlam həyat tərzinin təşviqində və kollektiv həmrəyliyin gücləndirilməsində idmanın əhəmiyyətini vurğulamışlar. Çıxışçılar yarış iştirakçılarına uğurlar arzuladıqdan sonra turnirə start verilib.
Yarışın nəticələrinə əsasən:
Tağıyev Abdulla – Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı – I yer
Qədimov İlqar – Qax rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı – II yer
Novruzov Seyfullah – Qax DAİM-in əməkdaşı – III yer
Qaliblər Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı tərəfindən diplom və medallarla mükafatlandırılıblar.