Qax cüdoçuları region birinciliyində fərqləndi
- 09:00
- 32
Qax Olimpiya İdman Kompleksində U-14,U-17 yeniyetmələr arasında şimal-qərb bölgəsi üzrə region birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində məqsəd yeniyetmə cüdoçu bazasını formalaşdırmaq və kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirmək olub.
U-14 yeniyetmələr arasında isə Qax idmançısı aşağıdakı nəticəni əldə etmişdir:
Canaşvili Nikoloz -42 kq çəki dərəcəsində II yer
U-17 yeniyetmələr arasında isə Qax idmançıları aşağıdakı nəticələri əldə etmişlər:
Hacızadə Aylin- 44 kq çəki dərəcəsində III yer
Muxran Canaşvili -66 kq çəki dərəcəsində III yer