2-ci Liqada 17-ci tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə 3 oyun baş tutub.

“Araz Saatlı” evdə “Dinamo”ya, “Ağdaş” “Qaradağ Lökbatan”a uduzub. “Göygöl” isə “Şəki”ni böyük hesabla üstələyib.

Daha öncə keçirilmiş “Kür-Araz” – “Ağstafa Gəncləri” matçında qalib müəyyənləşməyib – 2:2. “Şirvan” “Quba”ya qalib gəlib – 1:0. “Şəmkir” – “Xankəndi” matçı isə baş tutmayıb.

2-ci Liqa
17-ci tur

10 mart

“Araz Saatlı” – “Dinamo” 1:2
Qollar: Rəvan Əvəzov, 64 - Ziya Məmmədli, 7. Əlibala Ağayev, 76-pen.

“Göygöl” – “Şəki” 10:1
Qollar: Cavid Abbasov, 10. Ülvi Cəlilov, 31. Ziyabil Məmmədov, 57; 72. Sənan Kərimov, 62; 63. Fərid Məmmədov, 65. Kamal Həsən-pur, 80. Araz Quliyev, 84; 89 - Tahir Zeynalov, 39.

“Ağdaş” – “Qaradağ Lökbatan” 0:4
Qollar: Vüsal Hüseynov, 19. Tofiq Nəsibov, 32; 34; 57.