
Qarabağsız günlərdə “Qarabağ” Heydər Əliyevə nə söz vermişdi? VİDEO
- 02 Fev 2022 11:00
- 552
Onlar Qarabağsız günlərdə bizə Qarabağı xatırladıb.
Dünya görməzdən gəlsə də, ruhlar şəhəri Ağdamın adını eşitdirməklə erməni vəhşiliyinə diqqət çəkib, həm də Qarabağın kimə məxsus olduğunu unutdurmayıblar.
İllərlə Ağdamsız qalan Ağdam klubu təlim-məşq toplanışlarını, ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalıb.
Amma indi artıq doğma “İmarət” stadionunda oynayacağı günü xəyal edir. Bu xəyalın gerçəkləşməsi isə çox yaxındır.
İTV-nin əməkdaşı Leyla Behbudlu savaş meydanı stadion, silahı top olan qəhrəmanların uğur hekayəsini danışacaq.