“Qəbələ” bu həftə Misli Premyer Liqasının 31-ci turunun oyununa çıxacaq.

Rekord.az xəbər verir ki, “qırmızı-qaralar” səfərdə “Qarabağ”la qarşılaşacaq.

Aprelin 20-də baş tutacaq görüş rəqiblər arasında ümumilikdə 77-ci duel olacaq. Komandalar indiyədək bütün turnirlərdə 76 dəfə üz-üzə gəliblər. 

Bu oyunlarında 13 dəfə qalib gələn “qırmızı-qaralar” 21 qarşılaşmada heç-heçə edib, 42 matçdan xalsız ayrılıb. 57 qol vuran “Qəbələ” futbolçuları öz qapısından 126 top buraxıblar.

Premyer Liqada 62-ci dəfə üz-üzə gələcək komandaların digər 15 dueli ölkə kubokuna təsadüf edib. 10 çempionat oyununda üç xal qazanan “Qəbələ” 15 dəfə heç-heçə edib və 36 matçda uduzub. Rəqib qapısına 45 dəfə yol tapan “qırmızı-qaralar” 102 top buraxıb.

“Qəbələ” tarixində 38-cı dəfə “Qarabağ”ın qonağı olacaq. Rəqib meydanında 4 qələbəsi olan komanda 10 heç-heçə edib və 23 dəfə uduzub. Səfərdə 24 qolu olan “Qəbələ” futbolçuları 70 top buraxıb.

Qeyd edək ki, aprelin 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq.