“Qarabağ”la oyunun ikinci hissəsində daha yaxşı oynadıq”
- 00:13
- 27
"Ayaks" komandası "Qarabağ"la oyunun ikinsi hissəsində daha yaxşı oynayıb.
Rekord.az xəbər verir ki, bunu Niderlandın "Ayaks" komandasında baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda "Qarabağ"a qalib gəldikləri (4:2) UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Çox gözəl matç idi. Rəqib də keyfiyyətli qollar vurdu. Onların da şansları var idi. Fasilədən sonra, ikinci hissədə daha yaxşı oynadıq. Hesabda geriyə düşmüşdük. Yekunda qalib gəlməyi bacardıq".
O, yaxşı nəticə qazandıqları üçün məmnun olduğunu vurğulayıb:
"Qarabağ" yaxşı oyun sərgilədi. Belə qarşılaşmada kiçik səhvlər həlledici ola bilir".
Qrim qalibiyyəti böyük sevinclə qeyd etdiklərini sözlərinə əlavə edib:
"Buraya gələn və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onlar da möhtəşəm idilər. Heyətdə gənc oyunçularımız da var idi. Onlar da pis təsir bağışlamadılar. "Qarabağ"ın güclü və zəif cəhətlərini bilirdik. Məhz bu səbəbdən bu nəticəni qazandıq".