“Qarabağ”la oyundan öncə qələbə qazandılar
- 14:20
- 18
“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi ÇSKA (Sofiya) Bolqarıstan çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Sofiya təmsilçisi 2-ci turda doğma “Botev”i (Plovdiv) 3:2 hesabı ilə məğlub edib.
Oyun ÇSKA-nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda ilk iki turdan sonra 4 xalla 5-ci pillədə qərarlaşıb.
ÇSKA - Qarabağ” görüşü iyulun 30-da Sofiyada keçiriləcək. İlk oyun Bakıda 0:0 hesablə bərabərliklə başa çatıb.