
"Qarabağ"la oyundakı qalmaqala görə 20 min ziyana düşdülər
- 04 Fev 2022 18:20
- 464
UEFA "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən biri "Bazel"i cəzalandırıb.
Rekord.az xəbər verir ki, buna səbəb qrup mərhələsinin 6-cı turunda komandanın azarkeşlərinin Ağdam təmsilçisi ilə ev oyununda davranışları olub.
Klub fanatları görüşdə ümumi istifadə üçün nəzərdə tutulmuş keçidləri bağlayıb və priotexniki vasitələrdən istifadə edib.
"Bazel" keçidlərin bağlanmasına görə 6 min avro, priotexniki vasitələrdən yararlanmalarına görə isə 13 min 750 avro cərimələnib.
"Bazel" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.