
“Qarabağ”la maçtda belə səhvlər etsək...” - Saşa İliç
- 00:01
- 39
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Premyer Liqanın yeni mövsümünün 1-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
“İkinci hissədə oyun cəhətdən bir sıra problemlərimiz oldu. Çalışacağıq ki, bunu növbəti oyunlarda aradan qaldıraq. Azərbaycan Premyer Liqasında "Qarabağ", "Neftçi" və bir sıra güclü komandalar oynayır. Hər bir komandaya ayrı hazırlaşacağıq.
İkinci hissədə biz bir neçə əvəzetmə etdik və yeni oyunçular meydana daxil oldu. Əslində, mən problemi oyunçuların fərdi səhvlərində görürəm. Adlarını çəkmək istəmirəm, amma 3:0 hesabda öndəsənsə, daha rahat və sadə oynamalısan. Lakin bəzi oyunçular bunu dərk eləmir. Bəzi hava mübarizələrində səhvlər oldu. Təbii ki, Ninkoviç və Keffel tam hazır deyil. Ona görə də biz bu əvəzetmələri edirik ki, oyunçular komandaya tam uyğunlaşa bilsinlər.
"Qarabağ"ı Azərbaycanın ən güclü klubu kimi görürəm və onların avrokuboklardakı oyunlarını da izləyirəm. "Ferentsvaroş"la matç onlar üçün çətin olacaq, amma bizim üçün liqadakı matç bilmirəm avantaj olacaq, ya dezavantaj. Bu matçda biz bu gün etdiyimiz kimi səhvlər etsək, bu bizim üçün yaxşı qurtarmayacaq”.