"Qarabağ"ın UEFA Gənclər Liqasının Liqa mərhələsinin 6-cı turunda Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcəyi matçın hakim təyinatları bəlli olub.


Rekord.az xəbər verir ki, görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.


Baş hakim Marton Ruş olacaq. Gerqo Viq-Tarsonyi və Balaz Şalay köməklik edəcəklər dördüncü hakim funksiyasını Cavid Cəlilov yerinə yetirəcək.


Qarşılaşma dekabrın 10-da "Azərsun Arena"da, saat 15:00-da start götürəcək.