"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.


Rekord.az xəbər verir ki, Bakıda "Ayaks"ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.


Əsas mərhələnin 6-cı turunun matçı "Azərsun Arena"da keçirilib.


Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 35-ci pillədə qərarlaşıb.