“Qarabağ”ın U-12 komandası beynəlxalq turnirə qələbə ilə başladı
- 15:00
- 28
“Qarabağ”ın U-12 komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən beynəlxalq turnirə qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi “Kızıljar” (Qazaxıstan) komandasını 2:0 hesabı ilə məğlub edib.
“Qarabağ” beynəlxalq yarışda ümumilikdə 6 oyun keçirəcək. Qazaxıstan, Azərbaycan, Rusiya, Gürcüstan, Özbəkistan, Qırğızıstan və Tacikistan təmsilçilərinin yer aldığı turnirə dekabrın 8-də yekun vurulacaq. (Report)