"Mahir Emrelinin zamana ehtiyacı olduğunu düşünürəm. Yoxsa meydana çıxdığı matçlarda özünü yaxşı tərəfdən göstərə bilir. Bir müddət sonra daha da yaxşı olacaq".

Rekord.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında Miro Varvodiç deyib.

Xorvatiyalı kiper “Dinamo”da oynayan Mahir Emrelinin çıxışını qiymətləndirib.

"Hayduk"un (Split) yetirməsi olan Varvodiç Emrelinin bir müddətdən sonra “Dinamo”nun aparıcı oyunçusuna çevrilə biləcəyini də ehtimal etdiyini deyib.

“Qarabağ”ın keçmiş qolkiperi fikirlərinə belə davam edib: ​“Dinamo” elə-belə oyunçular gətirmir. Onlar Mahiri izləyiblər və sonda onu gətirmək qərarına gəlib.

Yavaş-yavaş da oynamaq şansı verirlər. Yaxşı zərbələri, yaxşı keçidləri var Mahirin. İnanıram ki, o, “Dinamo”nun aparıcı oyunçularından birinə çevrilə biləcək".

​Xorvatiya yığmasının sabiq qapıçısı karyerası ərzində “Hayduk”, “Köln”, “Qröyter Fürt”, “Ştutqart Kikkers” klublarının qapısını qoruyub.