
“Qarabağ”ın sabiq məşqçisi istefaya göndərildi
- 18:00
- 41
İngiltərənin "Şeffild Yunayted" klubu üç ay əvvəl müqavilə imzaladığı baş məşqçi, vaxtilə "Neftçi" və "Qarabağ"da köməkçi kimi çalışmış Ruben Sellesi istefaya göndərib.
Rekord.az xəbər verir ki, bu barədə Çempionşip klubunun mətbuat xidməti məlumat yayıb.
42 yaşlı ispaniyalı mütəxəssislə iyunda 3 illik müqavilə imzalanmışdı.
Qeyd edək ki, "Şeffild Yunayted" bu mövsüm Çempionşipdə keçirdiyi 5 turda xal qazana bilməyib. Komanda 1 qol vurub, 12 qol buraxıb və turnir cədvəlində 24 komanda arasında sonuncu yerdə qərarlaşıb.