Cənubi Azərbaycan təmsilçisi "Traktor" heyətinə yeni futbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, Təbriz klubu “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Xayme Romeronu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmır.

Xatırladaq ki, Romero 2019-2022-ci illər aralığında “Qarabağ”da forma geyinib. İspan futbolçu Ağdam klubundan ayrılandan sonra ölkəsində “Kartaxena”nın formasını geyinib.