
"Qarabağ"ın sabiq futbolçusu "Ayaks"a keçə bilər
- 30 Apr 2022 13:21
- 519
"Qarabağ"ın sabiq hücumçusu Raydell Pupon "Ayaks"a keçməyə hazırlaşır.
Rekord.az "Het Amsterdamsche Voetbal"a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu Amsterdam təmsilçisi ilə artıq razılıq əldə edib. Amma o, "Ayaks"ın 4-cü liqada çıxış edən həvəskar komandasında oynayacaq.
Hazırda Niderland üçüncü liqasında "İjsselmefohels" klubunda çıxış edən Pupon 2015/2016 mövsümündə "Qarabağ"ın uğurları üçün çalışıb.