
“Qarabağ”ın rəqibinin futbolçusu Türkiyə klubunda
- 19:00
- 45
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Kopenhagen" (Danimarka) klubunun futbolçusu Qerman Onuqha karyerasını Türkiyə Superliqası klubu "Kayserispor"da davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Tərəflərin futbolçunun transferi ilə bağlı razılığa gəldikləri bildirlib. Onuqha 2024-cü ildə "Kopenhagen"ə keçib və cəmi 8 oyunda iştirak edib. O, daha sonra Danimarkanın "Vayle" klubuna carəyə verilib.
"Qarabağ" Danimarka təmsilçisi ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda üz-üzə gələcək. Görüş oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.