
“Qarabağ”ın rəqibinin baş məşqçisi ayın ən yaxşısı seçildi
- 18:15
- 44
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.
Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Komanda onun rəhbərliyi altında avqustda "Bornmut", "Nyukasl" və "Arsenal"ı məğlub edib. Mütəxəssis bu mükafatı sonuncu dəfə 2024-cü ilin noyabrında qazanmışdı.
"Qarabağ" "Liverpul"la UEFA Çempionlar Liqasının 8-ci turunda İngiltərədə üz-üzə gələcək. Görüş saat 00:00-da start götürəcək.
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu müəyyənləşib. Cek Qriliş ilk dəfə olaraq Premyer Liqada “ayın oyunçusu” mükafatını qazanıb.
“Mançester Siti”nin 30 yaşlı vingeri hazırda icarə əsasında “Everton”da çıxış edir.
O, avqustda Premyer Liqada üç oyun keçirib, 4 məhsuldar ötürmə verib.
Qriliş mükafatı qazanmaq üçün Rikkardo Kalafiori (“Arsenal”), Huqo Ekitiike, Dominik Soboslayi (hər ikisi “Liverpul”), Mark Quehi (“Kristal Pelas”), Erlinq Haland (“Mançester Siti”), Joao Pedro (“Çelsi”) və Antuan Semenyonu (“Bornmut”) geridə qoyub.