
"Qarabağ"ın rəqibi məşhur fransızla danışıq aparır
- 19 Sen 2022 23:50
- 431
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Olimpiakos" PSJ-nin keçmiş baş məşqçisi Loran Blanla danışıqlar aparır .
Rekord.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira özünün "Tvitter" səhifəsində yazıb. Bildirilib ki, fransalı mütəxəssis Yunanıstan klubunda baş məşqçi vəzifəsinə əsas namizəddir. Pirey təmsilçisi ona 2+1 illik müqavilə təklif edib.
Blanın son iş yeri bu ilin fevralında ayrııldığı Qətərin "Əl Rayyan" klubu olub.
Qeyd edək ki, “Olimpiakos” dünən Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə səfərdə 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş məşqçisi Karlos Korberanı istefaya göndərib.