
“Qarabağ”ın rəqibi futbolçusu ilə yolları ayırdı
- 17:40
- 37
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Benfika" (Portuqliya) futbolçusu Uqu Felişlə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı vinger Portuqaliyanın digər təmsilçisi "Tondela"ya transfer olunub. O, 2015/2016 mövsümündən "Benfika"da çıxış edirdi.
"Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nın qonağı olacaq. Görüş sentyabrın 16-da keçiiləcək.