
"Qarabağ"ın qapıları Kadi üçün açıq olacaq
- 14 Fev 2023 12:00
- 656
"Qarabağ" Kadi ilə yollarını mehriban şəkildə ayırıb.
Rekord.az-a daxil olan məlumata görə, klubla futbolçu arasında heç bir narazılıq olmayıb.
Hətta futbolçuya deyilib ki, əgər "Krasnodar"da işləri alınmasa, başqa kluba keçmək zərurəti yaransa, "Qarabağ"ın qapıları hər zaman onun üzünə açıq olacaq və yenidən Ağdam klubuna qayıda bilər.