"Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqibləri bəlli oldu
- 16:23
- 28
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Ağdam klubu turnirin 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo"nu (Kiyev) mübarizədən kənarlaşdıracağı təqdirdə "Tvente" (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, qitənin üçüncü dərəcəli klub turnirində ilk oyunlar avqustun 20-də, cavab matçları isə 27-də baş tutacaq.