
“Qarabağ”ın məşqçisi Vyanada başından güllələndi
- 09 Fev 2023 20:00
- 510
Türkiyənin “Trabzonspor” klubunun sabiq futbolçusu Volkan Kahraman qətlə yetirilib.
Rekord.az xəbər verir ki, bu barədə “Kronenzeitung” qəzeti məlumat yayıb.
O, Avstriyada küçədə başından güllələnib. 43 yaşında dünyasını dəyişən futbolçu tanışı tərəfindən öldürülüb. O, yeməkxanada bir nəfərlə qızğın mübahisə edib. Mübahisədən sonra küçəyə çıxan şəxsin silahını çıxararaq Kahramanı başından vurduğu iddia edilib. Mübahisənin qısqanclıq zəminində baş verdiyi bildirilib.
Volkan Kahraman peşəkar karyerasına “Feyenoord”da başlayıb, daha sonra “Ekselsior”da 3 mövsüm oynayıb. Avstriya Bundesliqasında "Paşinq" üçün iki uğurlu mövsüm keçirdikdən sonra 2002-ci ildə sözügedən ölkənin milli komandasına çağırılıb. O, Avstriya yığmasında 3 oyun keçirib. Vyanada türk mühacir ailəsində anadan olan keçmiş yarımmüdafiəçi 2000-ci ildə "Trabzonspor"a keçib. Oradan 2001-ci ildə “Ərzurumspor”a icarəyə verilən Kahraman daha sonra 2001-ci ildə yenidən “Paşinq”ə transfer olunub. O, karyerasının son illərini Avstiyanın aşağı liqa komandalarında keçirib.
Volkan Kahraman 2011-ci ildən məşqçiliyə başlayıb. 2015-2018-cı illərdə azərbaycanlıların Avstriyada yaratdıqları və 3-cü Liqada çıxış edən "Qarabağ Vyana" komandasında direktor, daha sonra baş məşqçi kimi çalışıb.