
“Qarabağ”ın legionerləri Slovakiyaya qarşı oynadılar
- 18 Noy 2022 13:15
- 365
"Qarabağ"ın legionerləri yoldaşlıq görüşündə milli komandalarının heyətində meydana çıxıblar.
Rekord.az xəbər verir ki, "köhlən atlar"ın monteneqrolu oyunçuları - Marko Veşoviç və Marko Yankoviç Slovakiya yığması ilə görüşün iştirakçısı olublar.
Hər iki futbolçu matça start heyətdə başlayıb. Veşoviç 58-ci, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.
Qarşılaşma isə 2:2 hesabı ilə yekunlaşıb.