Futbol üzrə Monteneqro yığması yoxlama oyununda qüvvəsini sınayıb. Rekord.az xəbər verir ki, “Qarabağ”ın legioneri Marko Veşoviçin formasını geyindiyi bu komanda Yunanıstanla qarşılaşıb.

Oyun Monteneqro millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Veşoviç də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sona qədər oynayıb.