“Qarabağ”ın və İslandiya millisinin keçmiş qapıçısı Hannes Halldorsson karyerasını bitirib.

Rekord.az xəbər verir ki, bu barədə 38 yaşlı qapıçı “tvitter” hesabında paylaşım edib.

Halldorsson son olaraq İslandiyada “Valur”un formasını geyinib.

O, 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib.