
“Qarabağ”ın futbolçusunun gerçəkləşən arzusu
- 27 Mar 2022 15:33
- 508
“Qarabağ”ın futbolçusu Leandro Andrade Kabo-Verde milli komandasında debüt etməsi haqda fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, Andrade bu barədə “instaqram” hesabında paylaşım edib:
“Bu xalqı təmsil etməkdən qürur duyuram. Daha bir arzum gerçəkləşdi”.
Andrade Lixtenşteynlə yoxlama oyununun (6:0) 56-cı dəqiqəsində meydana daxil olub. O, milli komandaya “Qarabağ”a keçəndən sonra dəvət alıb.