“Qarabağ”ın futbolçusu “Zaqatala”ya keçdi
- 10 Sen 2025 16:20
- 151
Azərbaycan 1-ci liqasında mübarizə aparacaq “Zaqatala” heyətini yeni qapıçı ilə gücləndirib.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ”dan Amin Ramazanovu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı qolkiperlə icarə müqaviləsi 6 ay nəzərdə tutulub.
Ramazanov 2021-ci ildən "Qarabağ"ln üzvüdür.