
“Qarabağ”ın futbolçusu darmadağında iştirak etdi
- 26 Mar 2022 18:00
- 514
“Qarabağ”ın futbolçuları Leandro Andrade və Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Kabo-Verde yığması Lixtenşteynlə üz-üzə gəlib və 6:0 hesabı ilə qələbə qazanıb.
Leandro da bu oyunda iştirak edib. O, 56-cı dəqiqədə meydana daxil olub. Patrikin adı isə matçın iştirak ərizəsinə salınmayıb.
Kabo-Verde millisi bundan əvvəl Qvadelupa yığmasını 2:0 hesabı ilə məğlub edib.