"Qarabağ" 2019-cu il nailiyyətlərindən bəhs edən video-süjet hazırlaşıb.

Rekord.az xəbər verir ki, süjetdə komandanın il ərzində çempionluq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması, Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısını lider kimi başa vurması və ölkə kubokunda yarımfinala yüksəlməsi vurğulanıb.

Eyni zamanda Ağdam təmsilçisinin avrokuboklarda 100-cü qolu vurması və ilk böyük hesablı qələbəni qazanması xatırladılıb.