Kişi həndbolçular arasında Azərbaycan çempionatında 10-cu tura yekun vurulub.

Rekord.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.

İlk olaraq “Azəryol” “İdman Akademiyası”nı məğlub edib – 40:19. “Qarabağ” – “Kür” görüşündə isə heç-heçə qeydə alınıb – 27:27.

Fevralın 8-də gerçəkləşən oyunda “Bakı” “Dinamo”ya qalib gəlmişdi – 44:20.

“Kür” 17 xalla liderdir. “Azəryol” və “Bakı”nın 12 xalı var. “Qarabağ” 11 xalla dördüncüdür. “İdman Akademiya”sı və “Dinamo” 3 xala malikdir. “Təhsil” 2 xalla sonuncu pilədə qərarlaşıb.