“Qarabağ” Fransanın “Red Star” klubunda çıxış edən futbolçu Mussa Quellə maraqlanması haqqında xəbərlərə münasibət bildirib.

Rekord.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri qol.az-a bildirib ki, Fransa mətbuatının bununla bağlı yaydığı məlumatlar həqiqətə uyğun deyil: “Bu informasiyalar həqiqəti əks etdirmir. Bizə çox futbolçu təklif olunur. Amma bu o demək deyil ki, hansısa oyunçu bizim maraq dairəmizdədir. Bizə təklif olunan bütün futbolçular maraq dairəmizə düşüb. Hələlik transfer çalışmalarımız tam aktiv deyil. İndi sırf Premyer Liqaya köklənmişik. Transfer çalışmaları başladıqdan sonra bizə təklif olunan futbolçuların hər hansı biri bəyənilərsə, razılıq əldə olunarsa, bu barədə rəsmi məlumat veriləcək. Amma Quellə ümumiyyətlə maraqlanmırıq”.

Qeyd edək ki, 22 yaşlı Kot d’ivuarlı sağ cinah yarımmüdafiəçisi Fransa 3-cü liqasında yarışan  “Red Star”da icarə əsasında çıxış edir. O, 2-ci liqa təmsilçisi “Valensyen”ə məxsusdur.