"Qarabağ"ın zədəli futbolçusu Zakaria Savonun durumu müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


İsveçli hücumçunun müayinəsindən sonra sağ bud əzələsinin qismən yırtılması aşkarlanıb. Onun 8 həftəyə yaşıl meydanlara geri qayıtması gözlənilir.


Xatırladaq ki, Savo UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə Bolqarıstandakı cavab oyununda zədələnib.