“Qarabağ” ağır itki xəbəri alıb.

Rekord.az xəbər verir ki, “Qarabağ-2”nin əsas komandaya cəlb olunan üzvü Hüseyn Hüseynzadə uzun müddətə sıradan çıxıb.

Antalyada “Batska Topala” ilə oyunda zədələnən yarımmüdafiəçinin MRT müayinəsinin cavabı xoş olmayıb.

Arxa çarpaz bağlarından xəsarət alan 21 yaşlı futbolçu 10 ay yaşıl meydan üzünə həsrət qalacaq. Başqa cür desək, 2022-ci il Hüseyn üçün başlamadan sona çatıb.

Hüseyn Hüseynzadə “Qarabağ”ın sabiq futbolçusu, hazırda Qurban Qurbanovun köməkçilərindən olan Müşfiq Hüseynovun oğludur. (sportinfo.az)