Bədavi Hüseynov “Qarabağ”ın heyətində Azərbaycan çempionatlarında 250-ci oyuna çıxıb.


Rekord.az xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XXXIV turunun “Araz-Naxçıvan”la görüşünə (2:0) təsadüf edib. 


Müdafiəçi 2012-ci ildən formasını geyindiyi klubdakı bu görüşlərdə 4 qola imza atıb. Bədavi Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 250 matça çıxan 6-cı futbolçu kimi düşüb.


1. Maksim Medvedev (“Qarabağ”) – 376


2. Qara Qarayev (“Qarabağ”) – 305


3. Aslan Kərimov (“Qarabağ”) – 268


4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254


Riçard Almeyda (“Qarabağ”) – 254


6. Bədavi Hüseynov (“Qarabağ”) - 250