
"Qarabağ" Zubiri satmayacaq
- 08 Apr 2022 14:00
- 574
Bu yaxınlarda mətbuatda Abdulla Zubirə Avropadan təklif olması haqda məlumatlar yayıldı.
Rekord.az xəbər verir ki, fransalı futbolçuya həqiqətən də Avropadan, eləcə də vətəndaşı olduğu Fransadan maraq var.
Lakin indiki halda "Qarabağ" onu satmağı düşünmür.
Qeyd edək ki, Zubirin Ağdam klubu ilə 2024-cü ilə kimi müqaviləsi var.