Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qarabağ" da tədricən transfer çalışmalarına başlayıb.

Rekord.az-a daxil olan məlumata görə, Ağdam təmsilçisi daha çox legioner futbolçuların transferi üzərində çalışır.

Bu yay üçün yerli futbolçu transferi gözlənilmir. Qurban Qurbanov daha çox hazırda heyətdə yer alanb yerlilərlə müqavilənin müddətinin uzadılmasına üstünlük verir. Eyni zamanda əvəzedici komandadan bəzi futbolçuların da əsas komandada yoxlanılması nəzərdə tutulub. Buna görə də digər klublardan yerli futbolçu transferi hazırkı dönəm üçün müzakirı olunmur.